AZ

Rusiyada milyarder Süleymanov həbs olundu Ağır cinayətdə ittiham olunur

ain.az, Azpolitika.az saytına istinadən bildirir.

Oktyabrın 2-nə keçən gecə Moskvada milyarder İbrahim Süleymanov həbs edilib.

“AzPolitika” xəbər verir ki, Rusiya mediasının yazdığına görə, Süleymanov keçmişdə baş vermis qətl sifarişində ittiham olunur. Müstəntiqlər onun məhkum olunmasını tələb edirlər.

Hüquq-mühafizə orqanlarındakı mənbənin sözlərinə görə, Süleymanov uzun müddətdir ki, rəqiblərinə qarşı repressiyaların təşkilində şübhəli bilinir. Lakin müstəntiqlər indiyə qədər bununla bağlı obyektiv sübut tapa bilməyiblər. Ancaq 2025-ci ildə onlar oliqarxın əleyhinə ifadə verən şahidin yerini müəyyən edə biliblər.

Süleymanov Maliyyə Bərpası və İflas üzrə Federal Xidmətin (FSFR) keçmiş rəhbərinin qətlini sifariş etməkdə şübhəli bilinir. REN TV-nin məlumatına görə, Süleymanov FSFR-in rəhbəri Georgi Talın qətlində ittiham olunur. O, Moskva hava limanları ilə bağlı iş də daxil olmaqla korporativ müflisləşmə ilə məşğul olub.

Dağıstan əsilli milyarder əvvəllər dələduzluq və çirkli pulların yuyulmasında təqsirli bilinib. Hətta buna görə o, 2004-cü ildə həbs də edilib.

Süleymanov və onun ortağı Tatevos Surinov aviasiya texnikasını mənimsəməkdə və çirkli pulların yuyulmasında ittiham olunublar. İtkilər 4,5 milyon dollardan çox olub. 2015-ci ildə Süleymanov şərti azadlığa buraxılıb.

Hazırkı həbsin gerçək motivləri və bunun doğrudan da sözügedən şəxsin qətlilə bağlı olub-olmadığı yaxın vaxtda bilinəcək.

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
17
azpolitika.info

1Mənbələr