AZ

Adı cinayət işlərində hallanan MƏŞHURLAR

Son illərdə dünyada bəzi məşhurların adı müxtəlif cinayət işlərində hallanır.

Far.Az xəbər verir ki, müğənnilərdən aktyorlara, sosial media fenomenlərindən idmançılara qədər bir çox tanınmış sima rəsmi ittihamlarla üz-üzə qalıb.

ABŞ-nin məşhur reperi Sean "Diddy" Combs qadınları dövlətlərarası sərhədlərdən qanunsuz məqsədlərlə köçürməkdə günahlandırılıb. "Beautiful Girls" mahnısı ilə tanınan müğənni Sean Kingston isə təxminən 1 milyon dollarlıq dələduzluq işi ilə bağlı 3,5 il həbs cəzası alıb. Fransalı aktyor Gerard Depardieu bir neçə qadının ona qarşı qaldırdığı ittihamlarla bağlı məhkəmə tərəfindən 18 ay şərti həbs cəzasına məhkum edilib. Yunan aktyoru Petros Filippidis isə cinsi zorakılığa cəhd ittihamı ilə uzun müddət məhkəmə qarşısına çıxıb, apellyasiya nəticəsində hökm şərti cəza ilə əvəzlənib.

Türkiyədə də məşhurların cinayət işlərində adı hallanıb. "Çiftlik Bank" fırıldağı ilə tanınan Mehmet Aydın ("Tosuncuk") və "Thodex" kripto platformasının qurucusu Faruk Fatih Özer minlərlə insanı aldadaraq milyonlarla dollar ziyan vurmaqda ittiham olunublar. Müğənni 2022-ci ildə səhnədə söylədiyi sözlərə görə "xalqı nifrət və düşmənçiliyə təhrik etmək" ittihamı ilə həbs olunmuşdu. Pop ulduz Serdar Ortaç qanunsuz mərc reklamı səbəbilə məhkəmə qarşısına çıxıb. Sosial media fenomenləri Dilan və Engin Polat isə pul yuma və qanunsuz mərc fəaliyyəti ittihamları ilə həbs edilib. Tanınmış aktyor Ozan Güven sevgilisinə qarşı zorakılıq iddiaları ilə bağlı 13 ilədək həbs cəzası tələbiylə mühakimə olunur.

Seçilən
13
1
far.az

2Mənbələr