AZ

İngiltərə Kilsəsinə ilk dəfə qadın arxiyepiskop rəhbərlik edə bilər

Bakı. Trend:

Bu gün İngiltərə Kilsəsinə rəhbərlik edəcək yeni Kenterberiarxiyepiskopu açıqlanacaq.

Trend xariciKİV-ə istinadən xəbər verir ki, əsrlərdir mövcud olan bu quruma ilkdəfə bir qadın başçılıq edə bilər.

Keçmiş rəhbər Castin Uelbinin ötən il uşaq istismarını gizlətməqalmaqalı səbəbilə istefasından sonra aparılan islahatlarqadınların yepiskop kimi təyin olunmasına icazə verilməsinə yolaçdı. Bu dəyişiklik indi onların İngiltərənin rəsmi kilsəsində ənyüksək vəzifəyə gətirilməsini mümkün edir.

“Əgər yeni arxiyepiskop bir qadın olsa, bu inanılmaz dərəcədəhəyəcanverici olar. Bu, 597-ci ildən başlayan tarixdə ilk dəfə başverəcək… Bu, çox mühüm hadisə olar”, - deyə Kenterberi dekanı DevidMonteyt bildirib.

Ən yaxın namizədlər arasında üç qadın yepiskop var:

Kilsənin ilk qadın yeparxiya yepiskopu Reyçel Trevik, 1979-cu ilİslam İnqilabından sonra valideynləri ilə birlikdə qaçqın kimiBritaniyaya gələn, iran əsilli yepiskop Quli Fransis-Dehqani vəLondonda əsas yeparxiyaya rəhbərlik edən yepiskop Sara Mallali106-cı Kenterberi arxiyepiskopu olmaq üçün bukmekerlərinsiyahısında öncüllər arasındadır.

Məqalədə:
Seçilən
68
az.trend.az

1Mənbələr