AZ

Azərbaycanda dövlət satınalmaları haqqında qanun təkmilləşdirilir

2024-cü ilin yanvarın 1-dən Azərbaycanda dövlət satınalmaları haqqında qanun qüvvədədir və bu müddət ərzində tənzimləyici orqan kimi biz müəyyən bir təcrübə qazanmışıq.

Missiya.Az xəbər verir ki, bunu Bakıda keçirilən II Milli Rəqabət Forumu çərçivəsində sual-cavab sessiyası zamanı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov deyib.

“Burada həm təcrübəçi şirkətlər, həm də satınalan şirkətlər tərəfindən bəlli bir geri dönüşlər, feedback-lər almışıq”, - deyə E.Bağırov əlavə edib.

O qeyd edib ki, qanun gündəlik həyatda yaşanmayana qədər onun normalarının mövcud situasiyaya uyğun olub-olmamasını tam şəkildə anlamaq olmur:

“Bu təcrübə artıq Agentlikdə formalaşıb. Bu bu təcrübəyəni genişləndirmək üçün biz əsas satınalan təşkilatlarla hazırda da işlər görürük. Bu təcrübəyə əsaslanaraq biz mövcud qanunvericiliyin təkmilləşdirmə layihəsinə başlamışıq. Bu, bir prosesdir. Proses zaman aparır. Lakin biz Agentlik olaraq burada tələn olunan təkmilləşdirmələrlə əlaqədar əlavə tədbirlər görürük”.

Seçilən
15
6
missiya.az

7Mənbələr