AZ

Aytac Əlisultanlıya “İçərişəhər”də vəzifə verildi

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinə yeni üzv təyin edilib.

Yenisabah.az xəbər verir ki, bu vəzifəyə Aytac Əlisultanlı təyinat alıb.

O, bir müddət "Pasha Construction" şirkətində memar olaraq çalışıb. 2021-ci ildən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsində rəhbər vəzifələrdə çalışıb, 3-cü və daha sonra 2-ci dərəcəli dövlət qulluqçusu olub. pizza hut

O, Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin və UNESCO yanında Abidələr və Tarixi Yerlər üzrə Beynəlxalq Şuranın (ICOMOS) üzvüdür. 2015-ci ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən "İlin Gənci" mükafatı ilə təltif olunub.

2025-ci ilin aprel ayından etibarən Aytac Əlisultanlı "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Elmi-Mədəni Mərkəzində direktor müavini, daha sonra isə direktor vəzifəsində çalışıb.


Telegram kanalımız
Seçilən
21
32
yenisabah.az

10Mənbələr