AZ

Overçuk Azərbaycana GƏLİR

Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Azərbaycana səfər edəcək.

Bu barədə APA-ya Rusiyadakı diplomatik mənbələrdən məlumat verilib.

Bildirilib ki, Overçukun Bakıya səfəri oktyabrın 13-14-də nəzərdə tutulub, hazırda səfərin detalları razılaşdırılır.

Mənbənin bildirdiyinə görə, Overçukun Bakıda keçiriləcək Azərbaycan, Rusiya və İran arasında üçtərəfli görüşdə iştirakı nəzərdə tutulub.

İran tərəfini isə üçtərəfli görüşdə nəqliyyat və şəhərsalma naziri Fərzane Sadiqin təmsil edəcəyi bildirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
0
32
olaylar.az

10Mənbələr