AZ

Sabahın havası

Milli Hidrometeorologiya Xidməti sabahın hava proqnozunu açıqlayıb.

Qurumdan verilən məlumata görə, oktyabrın 4-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir.

Şimal-şərq küləyi səhər cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə +13 dərəcədən +16 dərəcəyədək, gündüz +19 dərəcədən +24 dərəcəyədək olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunu, nisbi rütubət isə gecə 70-80 %, gündüz 55-65 % təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə arabir duman olacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə +12 dərəcədən +16 dərəcəyədək, gündüz +19 dərəcədən +24 dərəcəyədək, dağlarda gecə +1 dərəcədən +6 dərəcəyədək, gündüz +10 dərəcədən +15 dərəcəyədək olacaq.

"Cebheinfo.az" 

Seçilən
47
11
cebheinfo.az

10Mənbələr