AZ

Çexiyada anti-Ukrayna mövqeli partiyalar hakimiyyətə gəlir

Çexiyada

Çexiyada parlament seçkiləri başlayıb. Sorğulara görə, keçmiş baş nazir Andrey Babişin partiyası, Ukrayna əleyhinə fikirləri ilə tanınan ANO liderlər sırasındadır.

Reyting.az
bildirir ki, seçkilərə bu gün yerli vaxtla saat 14:00-da start verilir.

Seçki məntəqələri axşam saat 22:00-a qədər açıq olacaq.

Seçkilər oktyabrın 4-də səhər saat 8:00-dan 14:00-dək davam edəcək. Səslərin sayılmasına növbəti gün başlanacaq və nəticələrin həmin axşam açıqlanması gözlənilir.

Babişin ANO partiyası səslərin 29,3 faizini alacağı gözlənilir. Yerli KİV-in məlumatına görə, o, qalib gələrsə, Çexiya Ukraynaya yardım da daxil olmaqla, kursunu dəyişə bilər.

İkinci yerdə hazırkı baş nazir Petr Fialanın partiyası qərar tutub. Sorğulara görə, onun 20,5 faiz səs alacağı gözlənilir.

Üçüncü yerdə 13,4 faiz səslə sağçı populist baxışlı başqa bir anti-Ukrayna partiyası - SPD qərarlaşıb.

Bundan əvvəl Çexiya prezidenti Petr Pavel Ukraynaya sursat tədarükü ilə bağlı Çexiya təşəbbüsünün saxlanmasını dəstəklədiyini deyib. Eyni zamanda, o əlavə edib ki, müxalifət seçkidə qalib gələcəyi təqdirdə bu təşəbbüsün ləğvi mümkündür.

“The New York Times”-in yazdığına görə, müxalifət hakimiyyətə gələrsə, Çexiya Ukraynaya sursat tədarükü proqramını ləğv edə bilər. Bunun bir səbəbi layihənin sirridir. Konkret olaraq, müxalifət hökuməti qaranlıq biznes sövdələşmələrinə arxalandığına görə şəffaflığın olmamasında ittiham edir.

V. QULİYEV
Seçilən
24
1
reyting.az

2Mənbələr