AZ

Gəncədə 40 yaşlı qadın faciəvi şəkildə həyatını İTİRDİ

Gəncədə yol nəqliyyat hadisəsi piyadanın ölümü ilə nəticələnib.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, şəhər ərazisində hərəkətdə olan avtomobil yolu qarşı tərəfə keçmək istəyən, 1985-ci il təvəllüdlü A.Nəsirovanı vurub. 

Müxtəlif dərəcəli bədən xəsarətləri alan 40 yaşlı qadın xəstəxanaya yerləşdirilib.

Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. 

Faktla bağlı araşdırma aparılır.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

Seçilən
22
1
bizim.media

2Mənbələr