AZ

Diferensial tarif əsasən aşağı gəlirli təbəqəni qorumağa xidmət - ADSEA rəsmisi

Bakı.Trend:

Su tarifləri ilə bağlı ADSEA olaraq Türkiyə və Avropaölkələrinin təcrübələrini araşdırmışıq. Bu ölkələrdə geniş tətbiqedilən mexanizmlərdən biri diferensial tarif qaydasıdır.

Trend xəbər verirki, bunu Bakıda keçirilən II Milli Rəqabət Forumu çərçivəsindəpanel müzakirəsi zamanı Azərbaycan Dövlət Su EhtiyatlarıAgentliyinin sədrinin müşaviri Əsəd Şirinov deyib.

ADSEA rəsmisi qeyd edib ki, bu məsələ “Sudan səmərəli istifadəüzrə Milli Su Strategiyamız”da da öz əksini tapıb. Strategiyadahədəf kimi göstərilib: "Hazırda bu məsələnin təhlili aparılır.Təhlil başa çatdıqdan sonra müvafiq təklifimizi Tarif Şurasınatəqdim edəcəyik".

Ə.Şirinov deyib ki, diferensial tarif əsasən aşağı gəlirlitəbəqəni qorumağa xidmət edir:

“Yəni, onlar üçün daha güzəştli qiymətlər tətbiq olunur. İkincimərhələdə daha çox su istifadə edənlər üçün tariflər daha yüksəkmüəyyənləşdirilir ki, qənaət təşviq edilsin. Bundan əlavə,kommersiya subyektləri var ki, onlar sudan istifadə edərək gəlirəldə edirlər. Onlar üçün də ayrıca, fərqli tariflərmüəyyənləşdirilir. Bu məsələ üzərində iş davam edir, hələtəklifimizi rəsmi olaraq təqdim etməmişik”.

Ə.Şirinov vurğulayıb ki, adətən diferensial tarif deyəndəinsanlar qiymətlərin bahalaşacağını düşünürlər:

“Diferensial tarifin məqsədi isə aşağı gəlirli əhalini qorumaq,onlara güzəştli qiymətlər vermək, kommersiya və çox su istifadəedən obyektlər üçün isə tarifləri daha düzgün səviyyədə müəyyənetməkdir”.

Seçilən
32
5
az.trend.az

10Mənbələr