AZ

Suyun qiymətində differensiallaşma olacaq “Bu, qiymət artımı deyil”

Modern.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Azərbaycanda su tariflərində differensiallaşma tətbiq ediləcək.

Modern.az-ın məlumatına görə, Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədrinin müşaviri Əsəd Şirinov bildirib ki, differensiallaşma aşağı gəlirli təbəqəni qorumağa xidmət edəcək.

Onun sözlərinə görə, tarif bütün kommunal strukturların ən həssas mövzularından biridir, əsasən istismar xərclərinin qarşılanmasına yönəlir: "Tariflərin tətbiqi yalnız qəza və layihələrin icrası ilə bağlı deyil. Burada əsas məsələ nəql edilən suyun bir nöqtədən digərinə daşınması üçün yeraltı infrastrukturun işlək vəziyyətdə saxlanılması, nasos stansiyalarının fəaliyyəti və bu prosesdə çalışan böyük komandanın xərclərinin ödənilməsidir. Tariflər məhz bu istismar və əməliyyat xərclərinin qarşılanmasına xidmət edir".

Ə. Şirinov əlavə edib ki, tarif siyasətində yalnız istismar deyil, həm də böyük investisiya qoyuluşları nəzərə alınmalıdır: "Bakıda və Abşeron yarımadasında, regionlarda, o cümlədən Qarabağda bərpa dövründə iri yatırımlar tələb olunur. Bu xərclər ayrıca hesablanır və Tarif Şurası onları qiymətləndirir. Biz qiymət əsaslandırmalarımızı Şuraya təqdim edirik və burada həm inkişaf strategiyamız, həm də dayanıqlı inkişaf hədəflərimiz nəzərə alınır".

Sədrin müşaviri bu barədə Bakıda keçirilən II Milli Rəqabət Forumu çərçivəsində "Təbii inhisarların tənzimlənməsi: Rəqabət və ictimai maraqlar" mövzusunda panel müzakirəsində danışıb. "Report" onun sözlərindən sitat gətirib.

Müşavir vurğulayıb ki, differensiallaşma qiymət artımı anlamına gəlməməlidir: "Əsas məqsəd aşağı gəlirli təbəqəni qorumaq və sosial ədaləti təmin etməkdir. Tariflərin düzgün əsaslandırılması dayanıqlı inkişafın, müasirləşmənin və səmərəli istifadənin təmin olunmasına xidmət edir".

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
16
8
modern.az

10Mənbələr