Oktyabrın 8-də III MDB Oyunlarının bağlanış mərasimi baş tutacaq.
Far.Az xəbər verir ki, bağlanış mərasimi Gəncə şəhərində keçiriləcək.
Xüsusi konsert proqramı çərçivəsində Azərbaycan şou-biznesinin tanınmış müğənniləri çıxış edəcəklər.
Onlar arasında Xalq artisti Aygün Kazımova, müğənnilər Nigar Camal, Eldar Qasımov, Çingiz Mustafayev, Nadir Rüstəmli, Aysel Teymurzadə o cümlədən Mamagama qrupu ifası ilə gələnləri sevindirəcək.
Gəncə şəhər stadionundak; bağlanış mərasimi oktyabrın 8-də saat 19:00-da başlayacaq.