AZ

İllik 15 faiz gəlir vəd edən istiqrazların ticarətə buraxılma tarixi açıqlandı

25 sentyabr 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "FINCA Azerbaijan" MM QBKT-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.

Qeyd olunan qiymətli kağızların yerləşdirilməsi üzrə hərrac 10.10.2025-ci il tarixində keçiriləcəkdir.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı: "FINCA Azerbaijan" MM QBKT

Dövlət qeydiyyat nömrəsi – İSİN: AZ2010019209

İstiqrazların növü və forması: Faizli, təminatsız, sənədsiz, adlı istiqrazlar

Ticarət üsulu/forması:  Kütləvi/ Rəqabətli hərrac

İstiqrazların sayı:  30 000 ədəd

İlkin ticarət qiyməti:  100 manat

İstiqrazların buraxılış həcmi: 3 000 000 manat

İllik gəlirlilik faizi: 15%

Ödəmə Periodu: İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 3 (üç) təqvim ayından bir (bir ayda 30 gün olduğunu qəbul etmək şərti ilə) ödənilir

Tədavül müddəti: 24 ay

Ticarətə buraxılma tarixi: 10.10.2025

Anderrayter: “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC

Seçilən
58
1
marja.az

2Mənbələr