AZ

Azərbaycan XİN Türk Dövlətləri Əməkdaşlıq Günü ilə bağlı paylaşım etdi - FOTO

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Türk Dövlətləri Əməkdaşlıq Günü ilə bağlı sosial media hesablarında paylaşım edilib.
 
Moderator.az xəbər verir ki, paylaşımda deyilir:
 
"3 Oktyabr – Türk Dövlətləri Əməkdaşlıq Günü münasibətilə qardaş türk dövlətlərini səmimi qəlbdən təbrik edirik.
 
Təşkilatımızın təməlinin qoyulduğu Naxçıvan Sazişinin imzalandığı bu əlamətdar gün, ortaq tarix, dil və mədəniyyətə əsaslanan Türk dünyasının həmrəyliyinin və birliyinin təntənəsidir.
 
Azərbaycan, qardaş ölkələrlə birgə Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın möhkəmlənməsinə və ortaq gələcəyimizin qurulmasına sadiqdir.
 
Türk birliyi – güc, sabitlik və rifah mənbəyidir!".

Seçilən
20
16
moderator.az

10Mənbələr