AZ

Türkiyədə İsrailə casusluq etməkdə təqsirləndirilən daha bir nəfər saxlanılıb - YENİLƏNİB

Türkiyədə İsrailə casusluq etməkdə təqsirləndirilən daha bir nəfər saxlanılıb.

"Operativ Məlumat Mərkəzi-OMM"  xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Bildirilib ki, Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) tərəfindən keçirilən əməliyyat nəticəsində MOSSAD üçün casusluq edən vəkil Tuğrulhan Dip saxlanılıb.

***

Türkiyədə İsrailə casusluq etməkdə təqsirləndirilən şəxs saxlanılıb.

"Operativ Məlumat Mərkəzi-OMM"  xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Bildirilib ki, Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT), İstanbul Baş Prokurorluğu və İstanbul Polis İdarəsinin birgə əməliyyatı nəticəsində İsrail kəşfiyyat xidməti olan MOSSAD-a casusluq etməkdə təqsirləndirilən Serkan Çiçək saxlanılıb.

Əsl adı Məhəmməd Fatih Keleş Serkan Çiçekin İsrailin Onlayn Əməliyyatlar Mərkəzinin üzvü Faysal Rəşidlə əlaqədə olduğu müəyyən edilib.

O, İsrailə qarşı çıxan bir Fələstin fəalına qarşı İsrail üçün casusluq fəaliyyətlərini etiraf edib.

Seçilən
18
9
operativmm.az

10Mənbələr