AZ

Qızılın qiyməti sentyabrda 3 668 dollara yüksəlib

2025-ci ilin sentyabr ayında qızılın bir troya unsiyasının (31,1 qram) orta qiyməti 3 668 ABŞ dolları təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 8,9% və ya 300 dollar artım deməkdir. Bu barədə Dünya Bankı məlumat yayıb.

Qızılın rüblük orta qiyməti bu ilin I rübündə 2 863 ABŞ dolları, II rübdə 3 293 ABŞ dolları, III rübdə isə 3 459 dollar olub. Beləliklə, 2025-ci ilin III rübündə orta qiymət ötən ilin eyni dövrü ilə müqayisədə 39,5% və ya 979 ABŞ dolları artıb.

Qlobal bazarlarda geosiyasi gərginliklər, inflyasiya gözləntiləri və ABŞ dollarının zəifləməsi fonunda investorlar "təhlükəsiz liman" kimi tanınan qiymətli metallara yönəlməyə davam edir.

Dünya Bankının məlumatına görə, qızılın 2025-ci ilin sentyabr ayındakı orta qiyməti 2024-cü ilin orta illik qiymətini (2 388 ABŞ dolları) 53,6% və ya 1 280 dollar üstələyib.

Aytac 

Seçilən
20
anews.az

1Mənbələr