AZ

Gəncədə avtobus piyadanı vuraraq öldürüb

Gəncədə piyadanın ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, şəhər ərazisində 15 saylı xətt üzrə işləyən "ISUZU " markalı sərnişin avtobusu yolu qarşı tərəfə keçmək istəyən şəhər sakini 1985-ci il təvəllüdlü A.Nəsirovanı vurub.Xəsarət alan qadın xəstəxanaya yerləşdirilib. Onu xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
14
1
apa.az

9Mənbələr