Bakı-Quba yolunda ağır yol-nəqliyyatı hadisəsi baş verib.
Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə yolun 21-ci kilometrliyində qeydə alınıb.
Motosiklet yolu keçmək istəyən piyadanı vurub. Nəticədə motosiklet sürücüsü ölüb, piyada isə ağır xəsarət alıb.
Əraziyə polis əməkdaşları cəlb edilib.