AZ

Xəzərdə brakonyerlər saxlanılıb

Xəzər dənizində brakonyerlər saxlanılıb.

 

Bu barədə Senzor.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.

 

Bildirilib ki, İdarənin Lənkəran Xətt Polis Şöbəsi əməkdaşlarının bu istiqamətdə keçirdikləri növbəti tədbir zamanı Lənkəran rayonu Xəzər dənizinin su ərazisində qanunsuz balıq ovu ilə məşğul olan A.Salayev və Ə.İslamov saxlanılıblar.

 

Baxış zamanı həmin şəxslərdən 183 ədəd müxtəlif növ balıqlar və ov alətləri götürülüb. Hər iki faktla bağlı araşdırma aparılır.

 

Xəzər dənizində, xidməti ərazi olan qoruq, milli park və su hövzələrində su bioresurslarının qorunması və ekoloji tarazlığın təmin edilməsi məqsədilə su polisləri tərəfindən müvafiq dövlət qurumları ilə birgə nəzarət-profilaktik tədbirlər davam etdirilir.

 

Seçilən
22
32
senzor.az

10Mənbələr