AZ

Jurnalistin sualı nazirin istefası ilə nəticələndi

Litvanın mədəniyyət naziri İqnatas Adamaviçyus Ukraynanın işğal edilmiş Krım bölgəsi ilə bağlı sualı cavabsız qoyduqdan sonra istefa verib.

Teleqraf xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Onun istefasını Litvan Baş naziri İnqa Ruqiniene tələb edib.

Adamaviciusun sözlərinə görə, o, bunu öz səhvlərinə görə deyil, ailəsinin təhlükəsizliyini təhdid edən kənar təzyiqlərə görə edir.

Yerli KİV-in yazdığına görə, Krımın kimə aid olduğu sualına o, susqunluqla cavab verib, ardınca jurnalistdən bu mövzuya ümumiyyətlə toxunmamasını istəyib.

KİV bildirib ki, Adamaviçyusun bu vəzifəyə təyin edilməsi hələ o zaman mədəniyyət sahəsinin nümayəndələrinin narazılığına səbəb olmuşdu. Çünki onun Milli Rəssamlıq Məktəbini bitirməsi istisna olmaqla, mədəniyyət sahəsi ilə heç bir əlaqəsi yoxdur.

Seçilən
34
3
teleqraf.com

4Mənbələr