AZ

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sağlamlıq mərkəzləri ilə tanışlıq olub

Bakı, 3 oktyabr, AZƏRTAC

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının “Buzovna” fizioterapiya, “Bilgəh” kardioloji və “Abşeron” mədə-bağırsaq təyinatlı sağlamlıq mərkəzinə baxış keçirilib.

Bu barədə AZƏRTAC-a Konfederasiyadan məlumat verilib.

Səhiyyə naziri Teymur Musayevin də iştirak etdiyi tədbirdə məlumat verilib ki, Konfederasiya tərəfindən sağlamlıq-istirahət mərkəzlərində müasir və rahat şərait yaradılır. “Buzovna”, “Bilgəh” və “Abşeron” sağlamlıq mərkəzlərində də şərait yaxşılaşdırılıb, obyektlər ən müasir tibbi avadanlıqlarla təchiz edilib.

Eyni zamanda, mərkəzlərdəki tibbi laboratoriyalar, müalicə və istirahət sahələri, tibbi xidmətlərin təşkili, istifadə edilən müasir avadanlıqlar və reabilitasiya prosedurları ilə tanışlıq olub. Vurğulanıb ki, mərkəzlərdə müalicə və reabilitasiya üçün müasir tibbi texnologiyalar tətbiq edilir.

Yollayışların verilməsi ilə bağlı isə qeyd edilib ki, proses e-ahik elektron rezervasiya sistemi vasitəsilə həyata keçirilir. Sistem insan təması olmadan, sürətli və şəffaf şəkildə müraciət və qeydiyyat imkanı yaradır ki, bu da xidmətlərin əlçatanlığını və vətəndaş məmnuniyyətini əhəmiyyətli dərəcədə artırır.

Səhiyyə naziri Teymur Musayev Konfederasiyanın sağlamlıq mərkəzlərində yaradılmış şəraiti, müasir tibbi avadanlıqlarla təchizatı, tibbi heyətin peşəkarlığını və göstərilən xidmətlərin keyfiyyətini yüksək dəyərləndirib. Nazir, həmçinin kadr hazırlığı və birgə layihələrin icrası istiqamətində Konfederasiya ilə əməkdaşlığın genişləndirilməsi barədə fikirlərini bölüşüb.

Seçilən
9
10
azertag.az

10Mənbələr