Xalq artisti Ağadadaş Ağayev həyat yoldaşının xəstəliyindən danışıb. Axşam.az xəbər verir ki, müğənni "Elgizlə izlə" proqramında xanımının Türkiyədə xəstəxanada olduğunu deyib:
"Həyat yoldaşım xəstədir. Dörd dəfə əməliyyat olunub. Hazırda Türkiyədədir, müalicə davam edir".
Qeyd edək ki, A.Ağayev iki dəfə ailəli olub. Onun ikinci xanımı Pərvinə Türkiyə vətəndaşıdır. Müğənninin dörd övladı var.