AZ

Yasamalda bir ildir təmir və abadlıq işləri aparılmır – Foto

Yasamal rayon İcra Hakimiyyəti rayonda bir ildən çoxdur abadlıq və təmir-bərpa işləri aparmır.

Tribunainfo.az xəbər verir ki, sakinlərin sözlərinə görə, Yasamalda uzun müddətdir səkilərdə qanunsuz tikintilər aparılır, yol kənarları avtomobil dayanacağı kimi istifadə edilir, boş ərazilər isə zəbt olunur.
Sakinlərin iddiasına görə, hazırda rayonda yalnız ayrı-ayrı şirkətlər tərəfindən boş sahələrdə hündürmərtəbəli binalar tikilir. Bundan başqa, yeni yol salınmır, köhnə və bərbad vəziyyətdə olan yollar isə təmir edilmir.
Yasamal Rayon İcra Hakimiyyətinin rəsmi saytındakı məlumatlar da bu şikayətləri təsdiqləyir. Belə ki, saytın “Görülən işlər” bölməsində sonuncu dəfə 2024-cü ilin sentyabrında bəzi həyət və məhəllələrin asfaltlandığı qeyd olunub. Sonrakı fəaliyyət isə iməcliklər və sakinlərə maarifləndirici broşurların paylanması ilə məhdudlaşıb.
Nəticədə, artıq bir ilə yaxındır ki, Yasamal rayonunda heç bir abadlıq, təmir-bərpa və quruculuq işləri aparılmır. Halbuki sakinlər dəfələrlə bu məsələlərlə bağlı icra hakimiyyətinə müraciət etdiklərini bildirirlər.
İcra Hakimiyyətinin mövqeyini işıqlandırmağa hazırıq.


Seçilən
25
2
yenilik.az

3Mənbələr