AZ

Şirvanda “Gül Bağı” restoranında nöqsanlar aşkarlandı

Vətəndaş müraciəti əsasında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Şirvan şəhəri, 1 May küçəsində yerləşən "Gül Bağı" restoranında yoxlama keçirib.

Teleqraf xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.

Bildirilib ki, restoran sahibkar Seyfullayev Cavid Qardaşxan oğluna məxsus olub.

Baxış zamanı temperaturun monitorinqi və qeydiyyatının aparılmadığı, mətbəxdə tavanın asan yuyula bilən gigiyenik materialla üzlənmədiyi, divar və döşəmə səthlərinin çirkləndiyi, işçi masaların korroziyaya davamlı materialdan təşkil olunmadığı, doğrama lövhələrinin tamlığının pozulduğu, havalandırma sisteminin quraşdırılmadığı və digər nöqsanlar aşkarlanıb.

Qeyd edilib ki, faktla bağlı nöqsanlar aradan qaldırılanadək ictimai iaşə müəssisəsində işlərin görülməsi, xidmətlərin göstərilməsi məhdudlaşdırılıb, sahibkar barəsində inzibati protokol tərtib olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
2
5
olaylar.az

6Mənbələr