AZ

Azərbaycan qılıncoynadanı: MDB Oyunlarında medal qazanacağımı gözləyirdim

ain.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Gəncə, 3 oktyabr, Vüsalə Cənnətova, AZƏRTAC

Bu yarış üçün çox məşq etmişdim, hazırlaşmışdım. Özümdən bu medalı gözləyirdim. Rəqiblərin yaşda məndən böyük və təcrübəli idilər.

Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında III MDB Oyunlarında qılıncoynatmanın şpaqa növündə bürünc medal qazanan Azərbaycan təmsilçisi Mirnuray Abasova deyib.

Şpaqaçı bundan sonra üzərində daha çox işləyəcəyini bildirib. “İlk mərhələni səkkizinci keçdim, sonradan isə belaruslu rəqibimə qalib gəldim. Medal uğrunda rusiyalı rəqiblə qarşılaşdım və qalib gəldim. Onun təcrübəsi məndən çox idi. Daha yaxşı nəticələr əldə edə bilərdim. Öz üzərimdə daha çox işləməliyəm. Bundan sonra daha çox medal qazanacaq, Azərbaycan Bayrağını yüksəyə qaldıracağam”.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
26
1
azertag.az

2Mənbələr