AZ

Bu 8 lider İlham Əliyevlə görüşmək istədi Kopenhagendə tarixi zirvə

ain.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan Prezidenti İlham Əliyevin Kopenhagendə keçirilən “Avropa Siyasi Birliyi”nin 7-ci Zirvə toplantısında iştirakı həm ölkəmizin Avropa arenasında mövqeyinin gücləndiyini, həm də Prezidentin beynəlxalq nüfuzunun artdığını açıq şəkildə nümayiş etdirir.

Zirvə çərçivəsində keçirilən görüşlər, Moldova Prezidenti Maya Sandu, Ukrayna Prezidenti Volodimir Zelenski, Fransa Prezidenti Emmanuel Makron, İtaliya Nazirlər Şurasının sədri Corciya Meloni, Niderland Krallığının Baş naziri Dik Sxof, Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta və Ermənistan Baş naziri Nikol Paşinyanla danışıqlar Azərbaycan Prezidentinin diplomatik çevikliyini və müxtəlif geosiyasi məzmunlu məsələlərdə aktiv vasitəçilik rolunu göstərir.

Bu görüşlər qarşı tərəfin təşəbbüsü ilə reallaşıb ki, bu da İlham Əliyevin Avropada yüksək etimadının və siyasi çəkisinin göstəricisidir. Azərbaycan öz siyasətində balanslı və konstruktiv yanaşmaları ilə, Avropanın müxtəlif siyasi mərkəzlərində etibar qazandığını nümayiş etdirir. Bu isə təkcə ölkənin regional liderliyini möhkəmləndirməklə kifayətlənmir, həm də beynəlxalq proseslərdə söz sahibi olmasına şərait yaradır.

Görüşlərin məzmunu və iştirakçıların siyahısı isə Azərbaycanın həm qonşu ölkələrlə, həm də Avropanın aparıcı dövlətləri ilə dialoqunu necə çoxşaxəli və strateji baxımdan əhəmiyyətli şəkildə qurduğunu göstərir. Bu, həm enerji təhlükəsizliyi, iqtisadi əməkdaşlıq, həm də regional və qlobal təhlükəsizlik məsələlərinin müzakirəsində Azərbaycanın fəal iştirakının göstəricisidir. Eyni zamanda, Nikol Paşinyanla görüş Azərbaycan-Ermənistan münasibətlərində dialoqun davamlılığını və mümkün sülh perspektivlərinin qorunmasını simvolizə edir.

Bütün bunlar Prezident İlham Əliyevin səmərəli xarici siyasət strategiyasının nəticəsi olmaqla, Azərbaycanın Avropada mövqeyini yüksəltməkdə, ölkənin beynəlxalq nüfuzunu gücləndirməkdə və mövcud regional çağırışlara adekvat cavab verməkdə nə qədər effektiv olduğunu göstərir. Prezidentin Zirvə toplantısında iştirakı və aparılan yüksək səviyyəli görüşlər ölkənin qlobal siyasi proseslərdə aktiv iştirakını təsdiq edir və gələcəkdə Azərbaycan üçün yeni imkanlar açır.

Turan Rzayev

Globalinfo.az-ın siyasət yazarı

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
31
globalinfo.az

1Mənbələr