AZ

Övladlarımın hər istədiyini almıram, çətinliyi görsünlər

Axsham.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

"Biz evlənəndə dedilər, 3 aya boşanırlar. Sonra dedilər, 1 ilə qalmaz. Ardınca deyildi ki, 2 il tamam olmaz. Amma övladlarım oldu. Maqazin aləminə materialdır. Amma ailəm müqəddəsdir. Xoşbəxtəm, Allah ayrılıq yazdısa da pozsun. Övladlarım mənsiz qala bilmir".

Axşam.az xəbər verir ki, bu sözləri türkiyəli müğənni Doğuş Türkiyədə "Biz-bize" proqramında qonaq olarkən deyib. İfaçı aparıcı Xoşqədəm Hidayətqızı ilə evliliyindən danışıb:

"Anlayışlı olmazsan, xoşbəxt ola bilməzsən. Yeni evlənəndə bizə Türkiyədə aparıcılıq təklifi gəldi. Amma Xoşqədəm dedi ki, ölkəmdə qalım. İlk vaxtlar mən Türkiyədə qaldım, uşaqlarım da mənimlə yaşayırdı. Xanımım da gedib-gəlirdi. Amma sonra mən onun yanına getdim. Küçədə bir-birimizlə "bəy, xanım" deyə danışırıq. Mübahisələrimiz olur, amma bir-birimizə baxanda susmağı da bilirik.

Ata olmaq məsuliyyətdir. Sosial mediada bəzi atalar görürük, Allah onları məhv etsin. Uşaqlarıma lazım olsa, ürəyimi də verərəm. Onlara deyirəm ki, sizə küçədə yatdığım anları göstərəcəyəm. Hər dəfə soruşurlar ki, nə vaxt gedəcəyik oralara? Onları gözəl böyüdürəm, amma çətinliyi də göstərmək istəyirəm. Mən də, anaları da onların gələcəyini düşünmüşük. Amma çətinliyi görsünlər. Hər istədiklərini almıram, az-az edirəm. Onların xəbəri yoxdur, 25 yaşından sonra gələcəklərini quracaqlar". 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
24
1
axsam.az

2Mənbələr