AZ

İnstagram və Facebook bizi dinləyirmi? Şirkətdən açıqlama

ain.az xəbər verir, Milli.az saytına əsaslanaraq.

Dünyanın ən çox istifadə edilən sosial şəbəkələrindən olan "İnstagram" və "Facebook" haqqında uzun müddətdir müzakirə olunan iddiaya "Meta istifadəçiləri gizli şəkildə dinləyirmi?" sualına cavab gəlib.

Milli.Az xəbər verir ki, "İnstagram"ın baş direktoru Adam Mosseri şəxsi hesabında paylaşdığı videoda bu iddiaları qəti şəkildə rədd edib. O, bildirib ki, şirkət heç vaxt istifadəçilərin mikrofonunu gizli şəkildə açaraq söhbətlərini izləməyib.

Mosserinin sözlərinə görə, reklamların dəqiq hədəflənməsi bununla bağlı deyil:

"Bəzən insanlar sadəcə bir məhsul haqqında düşünür, qısa müddət sonra isə həmin məhsulla bağlı reklamı görəndə sanki fikirlərinin oxunduğunu düşünürlər. Əslində isə bizə bunun üçün mikrofon lazım deyil. Reklamlar istifadəçinin maraqları, axtarış tarixçəsi və izlədiyi məzmun əsasında uyğunlaşdırılır" .

Mosserinin açıqlamasından sonra Meta yeni bəyanat yayıb. Şirkət bildirib ki, fərdiləşdirilmiş reklamların daha dəqiq təqdim olunması üçün süni intellekt və böyük məlumat texnologiyalarından istifadə ediləcək. Beləliklə, istifadəçilərin tətbiqdaxili davranışları analiz ediləcək və reklam hədəflənməsində səs yazılarına ehtiyac olmayacaq.

Fidan

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
25
1
news.milli.az

2Mənbələr