AZ

Taksi qiymətinə şagird daşınacaq: “2school” layihəsi ilə bağlı PƏRDƏARXASI MƏQAMLAR

Oktyabrın 1-dən Bakıda məktəblilərin daşınması məqsədilə “2school” layihəsinin icrasına start verilib. Lakin sosial şəbəkələrdə və mətbuatda yayılan məlumatlardan görünür ki, valideynlər aylıq abunə haqqından narazıdırlar. Xüsusilə qiymətlərin taksi xidmətlərinə bərabər olması müzakirə mövzusuna çevrilib. Bəs, sosial şəbəkələrdə narazılıqlar fonunda qiymətlərin yenidən nəzərdən keçirilməsi mümkündürmü?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən təhsil eksperti Məzahir Məmmədli bildirib ki, layihə Təhsil Nazirliyi ilə razılaşdırılsa da, avtobuslar özəl şirkətə məxsusdur:

Məzahir

“Bu, tamamilə müqavilə əsasında həyata keçirilən, könüllü və tələb-təklif prinsipi üzərində qurulmuş xidmətdir. Kimin ehtiyacı varsa, yararlanır, kimə baha başa gəlirsə, müraciət etmir. Əgər rəsmi dövlət qurumu tərəfindən təşkil olunsaydı, narazılıqlar əsaslı ola bilərdi. Amma fakt odur ki, bu, özəl şirkətin həyata keçirdiyi pilot layihədir və heç kim üçün məcburiyyət yoxdur”.

Ekspertin sözlərinə görə, xidmətin qiymətləri yalnız bazar mexanizmləri çərçivəsində dəyişə bilər.

Aynurə İsmayıl

KONKRET.az

Seçilən
13
2
konkret.az

3Mənbələr