"Diana həyatını bomba yaşayır. Bacarırsınız, siz də yaşayın. Sabah dünyada insanları silsəslər, Diana kimilər, varlılar yox, sizin kimi kasıb təbəqə ölməli olacaq. Varlılar ölməyəcək".
"Onların dərdini çəkməyin. Sizin kimi oturub düşünmür ki, görəsən gələn ay uşağın hazırlıq pulunu necə ödəyəcəyəm? Kirayə haqqını bu ay ödədim, gələn ay necə olacaq? Cinayət törətməmək şərti ilə, pul qazanmaq üçün nə etsəniz mübahdır. Elə zəmanədə yaşayırıq ki, pul qazanmalısan. Qazanmadın vay halına".