Premyer Liqa, I Liqa və II Liqada mübarizə aparan klubların həftələrdir davam edən həsrəti başa çatıb.
Dövlət tərəfindən onlara ayrılan yardım paketini, nəhayət, bu gün alacaqlar.
AFFA-dan gələn son xəbər bundan ibarətdir. Federasiyadan redaksiyamıza bildirilib ki, vəsait gün ərzində çempionat iştirakçılarının bank hesabına köçürüləcək.
Redaksiyamıza daxil olan informasiyaya görə, dotasiyanın günlərdir ünvanına çatmaması birbaşa Futbolun İnkişaf Fondu (FİF) ilə əlaqədardır.
FİFA İctimai Birlikdir. Qanunvericiliyə əsasən, ictimai birliklər Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınır.
Bu tip təşkilatlar 2 il fəaliyyət göstərmək hüququna malikdir. Həmin müddət bitəndən sonra birliklər növbəti dəfə qeydiyyata alınmaq üçün nazirliyə müraciət etməlidir.
AFFA-nın nəzdində fəaliyyət göstərən FİF-in qeydiyyat müddəti bir müddət əvvəl başa çatıb. FİF SOCAR tərəfindən ayrılan yardım paketinin klublara tranşı üçün vasitəçi qurumdur.
Tural Piriyevin icraçı direktoru olduğu təşkilat ötən illərdəki kimi, yenə Ədliyyə Nazirliyinə məktub göndərib. Nazirlik isə FİF-in səlahiyyət sürəcinin başa çatmasını əsas gətirərək, haqlı olaraq qrant layihəsinin icrasını buvaxtadək ertələyib.
AFFA 2022-ci ildən bəri klublara aylıq ödəmə edir. Məbləğ yarışın statusuna görə dəyişir.
Premyer Liqa mənsubları 2,5 milyon manat alırsa, I Liqada qüvvəsini sınayanlara 30 min manat çatır. II Liqada mübarizə aparanlara verilən məbləğ isə 5800 manat təşkil edir.
Federasiya, adətən, hər ayın ilk 15 günü ərzində klubların bank hesabını vəsaitlə «doldurur». Öncəki mövsümlərdə ödəmə paketinin bir neçə dəfə gecikmə halına rast gəlinib, belə yubanma isə ilkdir.
SPORTİNFO.AZ
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta