AZ

Sabah Gürcüstanda yerli seçkilər keçiriləcək Baş nazir vətəndaşlara və partiyalara xəbərdarlıq etdi

ain.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.

Gürcüstanda bu həftə sonu – oktyabrın 4-də keçiriləcək yerli özünüidarəetmə seçkiləri öncəsi Baş nazir İrakli Kobaxidze vətəndaşlara müraciət edərək onları riskli addımlardan çəkinməyə, dövlət sisteminə və qanuna qarşı çıxmamağa çağırıb.

Baş nazir həmçinin siyasi partiyalara da xəbərdarlıq edib: konstitusion düzəni devirmək və ya zorla dəyişdirmək məqsədli tədbirlərdə iştirak etməmələri istənilib. Kobaxidze bildirib: “Hər bir qanun pozan ən sərt cavaba layiq olacaq.”

Oktyabrın 4-də keçiriləcək seçkilərdə ümumilikdə 12 siyasi qüvvə iştirak edəcək. Paytaxt Tbilisi meri postu uğrunda 9 namizəd mübarizə aparacaq. Namizədlər arasında hazırkı mer Kaxa Kaladze də var.

Bununla yanaşı, Gürcüstanın ən böyük müxalifət partiyaları seçkiləri boykot etmək qərarı verib və iştirak etməyəcəklərini bəyan ediblər.

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
22
azpolitika.info

1Mənbələr