AZ

Azərbaycanın sülh gündəliyi beynəlxalq miqyasda qəbul olunur Deputat

Metbuat saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

“Nyu-Yorkdan dünyaya sülh çağırışları edən dünya səviyyəli Liderimiz eyni xətti Kopenhagendə də davam etdirdi. İstər Nyu-Yorkda, istərsə də Kopenhagendə keçirilən görüşlər zamanı dövlət başçımıza göstərilən xüsusi diqqətin şahidi olduq”.

Bu fikirləri Metbuat.az-a açıqlamasında millət vəkili Azər Badamov deyib. Deputat vurğulayıb ki, Kopenhagendə keçirilən görüşlər Azərbaycanın sülh gündəliyinin artıq beynəlxalq miqyasda qəbul edildiyini göstərir.

“Azərbaycan Prezidenti cənab İlham Əliyevin iş qrafikinə nəzər salsaq, onun olduqca aktiv və nəticəyönümlü fəaliyyət göstərdiyini görürük. Reallaşdırılan hər bir səfər, atılan hər bir addım xalqımızın maraqlarının qorunmasına, eyni zamanda bəşəri məqsədlərə xidmət edir. Dünya liderləri Azərbaycanı etibarlı tərəfdaş kimi qəbul edirlər. Hətta obrazlı şəkildə Azərbaycanı qızıla bənzədirlər. Prezidentin siyasətinin sabit qiymətləndirilməsi isə onun addımlarının proqnozlaşdırıla bilən və etibarlı olduğundan xəbər verir”.

Millət vəkilinin sözlərinə görə, yürüdülən siyasət heç bir tərəfə zərbə vurmaq məqsədi daşımır. Azərbaycanın təklif etdiyi və iştirak etmək istədiyi əməkdaşlıq platformaları diktə siyasətini deyil, qarşılıqlı fayda prinsipini əsas tutur:

“Azərbaycan artıq dünya siyasətinin aktiv oyunçusudur və bu, qarşısıalınmaz reallıqdır. BMT kürsüsündən çıxış edən Prezident İlham Əliyev qeyd etdi ki, enerji resurslarımız artıq Suriyaya da ixrac olunur. Eyni zamanda bərpa və quruculuq sahəsindəki təcrübəmizi bölüşməyə hazırıq. ABŞ, Avropa və vaxtilə birgə təşkilatlarda təmsil olunduğumuz dövlətlər Azərbaycanın təcrübəsindən yararlanmaq istəyirlər. Azərbaycanın müharibədə əldə etdiyi Zəfər, sonrasında tutduğu mövqe və davam etdirdiyi yanaşma bir çox dövlət üçün nümunədir. Prezident İlham Əliyevin məqsədyönlü və uzaqgörən siyasəti Azərbaycanı dünyada daha güclü və nüfuzlu aktor kimi təsdiqləyir”.

Gülbəniz Hüseynli / Metbuat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
32
1
metbuat.az

10Mənbələr