AZ

Milli ödəniş sistemləri ilə avqustda həyata keçirilmiş maliyyə əməliyyatlarının həcmi açıqlanıb

Bakı. Trend:

2025-ci ilin avqust ayında Azərbaycanın Ani ödəniş sistemi ilə(AÖS) həyata keçirilmiş maliyə əməliyyatlarının həcmi məbləğbaxımından 242,2 milyon manat, kəmiyyət baxımından isə 900 min ədədtəşkil edib.

Trend MərkəziBanka istinadən xəbər verir ki, 2024-cü ilin eyni ayı iləmüqayisədə AÖS vasitəsilə həyata keçirilmiş əməliyyatların həcmiməbləğ baxımından 146,9 milyon manat və ya 2,5 dəfə, kəmiyyətbaxımından isə 836,1 min ədəd və ya 14 dəfə artıb.

Qeyd edək ki, ötən ilin avqust ayında ölkədə AÖS vasitəsiləaparılan əməliyyatların həcmi 95,3 milyon manat, sayı isə 63,9 minədəd olmuşdu.

2025-ci ilin avqustunda Xırda Ödənişlərin Hesablaşma KlirinqSistemi (LVPCSS) vasitəsilə aparılan əməliyyatların həcmi 3,97milyard manatı, sayı isə 9,396 milyon ədədi ötüb.

Ötən ilin eyni ayı ilə müqayisədə LVPCSS vasitəsilə aparılanəməliyyatların həcmi 522 milyon manat və ya 11,6 faiz, sayı isətəqribən 4,6 milyon ədəd və ya 33,7 faiz azalıb.

Məqalədə:
Seçilən
99
az.trend.az

1Mənbələr