AZ

“Məğlubiyyət motivasiyamızı azaltmayacaq”

futbolpress-az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Azərbaycan Premyer Liqasının VII turunun “Araz-Naxçıvan” – “İmişli” oyunundan (2:0) sonra qonaq komandanın baş məşqçisi Jorj Kaşkilya jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb…

– Çox çətin və keyfiyyətli oyun oldu. Bilirik ki, “Araz-Naxçıvan” avrokuboklar üçün mübarizə aparır. Matça yaxşı başladıq. Komandam yüksək pressinq tətbiq edirdi. Bərabər oyun gedirdi. “Araz-Naxçıvan” birinci hissədə standart vəziyyətdən yaxşı istifadə etdi. Fasilədə oyunçulara motivasiya verdik. İkinci yarıya çox yaxşı başladıq. Hücumda çox vaxt keçirirdik. Hesabı bərabərləşdirmək üçün əlimizdən gələni etdik. Son dəqiqələrdə penaltidən yararlana bilmədik. Sonda “Araz-Naxçıvan” ikinci qolu vurdu.

– Çox dəyişiklik etdiz. Bunun səbəbi nə idi?

– Bu, normaldır. Çünki məğlub olurduq. Buna görə meydana hücumameyilli oyunçular buraxdıq.

– Penaltinin dəqiq yerinə yetirilməməsi sizi narahat edir?

– Biz futbolçuları nəinki penaltilərə, cərimə zərbələrinə də hazırlayırıq. Penalti qaçırmaq futbolda normal haldır. Messinin, Maradonanın da vura bilmədiyi vaxtlar olub.

– Növbəti oyunlarda qələbə qazanmaq üçün nə etmək lazımdır?

– Qələbə və məğlubiyyət futbolun bir hissəsidir. Elə komanda yoxdur ki, həmişə qalib gəlsin. “Araz-Naxçıvan” çox güclü komandadır. “İmişli”nin onlara qarşı belə oyun göstərməsi pozitivdir. Məğlubiyyət bizim motivasiyamızı azaltmayacaq. “Qəbələ” ilə matçda meydana qələbə qazanmaq üçün çıxacağıq. Məşqlərimizə eyni formada davam edəcəyik.

Şahin Cəfərov

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
12
1
futbolpress.az

9Mənbələr