AZ

Heydər Əliyev yalnız bir lider deyil, həm də siyasi məktəb yaradan böyük şəxsiyyət idi Millət vəkili

ain.az, 525.az portalına istinadən məlumat yayır.

"3 oktyabr 1993-cü il Azərbaycan tarixində dönüş nöqtəsi, xalqın öz taleyinə sahib çıxmaq iradəsinin təcəssümüdür. Bu tarix Ümummilli Lider Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi ilə milli dövlətçilik tariximizin ən mühüm mərhələlərindən birinin başlanğıcını qoydu. Bu, dövlətçiliyimizin xilası, sabitliyin bərpası və inkişafın əsasının qoyulması demək idi".

Bunu 525.az-a millət vəkili Fatma Yıldırım deyib. O bildirib ki, 1993-cü ilin gərgin siyasi-müharibə və iqtisadi böhran fonunda xalqın yeganə ümid ünvanı Heydər Əliyev idi:

"Onun xalq tərəfindən Prezident seçilməsi ilə Azərbaycan qısa zaman ərzində tənəzzüldən sabitliyə, xaosdan hüquqi və siyasi sistemin qurulmasına doğru irəlilədi. Ulu Öndərin uzaqgörən liderliyi sayəsində ölkəmiz beynəlxalq təcriddən çıxaraq mühüm qlobal proseslərin bir hissəsinə çevrildi. Məhz bu dövrdə atılan addımlar, "Əsrin müqaviləsi", milli ordu quruculuğu, bütün sahələrdə aparılan islahatlar və milli maraqlara söykənən xarici siyasət kursu gələcək müstəqil Azərbaycanın təməl daşlarını qoydu. Heydər Əliyev yalnız bir lider deyil, həm də siyasi məktəb yaradan, dövlətçilik fəlsəfəsini formalaşdıran böyük şəxsiyyət idi. Bu gün Ulu Öndərin siyasi irsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz bu strateji kursun nəticəsidir ki, ölkəmiz öz ərazi bütövlüyünü bərpa etmiş, regionda lider və söz sahibi dövlətə çevrilmişdir. 3 oktyabr tarixi xalqın xilaskarına etimadının, dövlətin dirçəlişinin və güclü Azərbaycanın başlanğıc nöqtəsidir. Bu gün biz həmin etimadın bəhrələrini böyük qürurla yaşayırıq".

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
43
525.az

1Mənbələr