AZ

Hegset: ABŞ Venesuela yaxınlığında narkotik daşıyan gəmiyə növbəti zərbəni endirib - ÖZƏL

ABŞ hərbçiləri Prezident Donald Trampın əmri ilə Venesuela yaxınlığında beynəlxalq sularda narkotik daşıyan gəmiyə növbəti zərbəni endirib.

Olaylar xəbər verir ki, bu barədə ABŞ-ın müdafiə naziri Pit Hegset məlumat verib.

Hegset X sosial şəbəkəsində yazıb:
"Zərbə Venesuela sahillərinə yaxın beynəlxalq sularda endirildi. Gəmi əhəmiyyətli miqdarda narkotik daşıyırdı və bu narkotiklər Amerikaya gedərək xalqımıza zərər vermək məqsədilə hazırlanmışdı."

Onun sözlərinə görə, zərbə nəticəsində dörd "narkoterrorçu" həlak olub, ABŞ hərbçiləri arasında xəsarət alan olmayıb.

Hegset əlavə edib:
"Bu zərbələr ABŞ xalqına qarşı hücumlar dayanana qədər davam edəcək."

Əvvəllər NBC telekanalı xəbər verib ki, ABŞ Venesueladakı narkotik ticarəti obyektlərinə mümkün hərbi zərbələrə hazırlaşır.

İbrahim Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
29
25
olaylar.az

10Mənbələr