ABŞ Senatı federal hökumət üçün qismən dayandırılmış maliyyələşdirməni bərpa etməyə yönəlmiş iki partiyalı qanun layihəsini yenidən rədd edib.
Axar.az xəbər verir ki, şatdaunun üçüncü günündə Senatda Respublikaçılar Partiyasının irəli sürdüyü hökumətin yenidən açılmasını nəzərdə tutan qanun layihəsi üzrə səsvermədə lazım olan 60 səs toplanmayıb.
Senatın bu qanun layihəsi bazar ertəsi, oktyabrın 6-da yenidən səsə qoyacağı gözlənilir.