AZ

İsrail Trampın Qəzza planının ilk mərhələsini icra etməyə başladı

BAKI, 4 oktyabr. TELEQRAF

İsrail ABŞ Prezidenti Donald Trampın Qəzza sektoruna dair sülh planının ilk mərhələsini həyata keçirməyə başlayıb.

Teleqraf xəbər verir ki, bu barədə baş nazir Benyamin Netanyahunun ofisi məlumat yayıb.

“İsrail girovların dərhal azad olunmasına dair Tramp planının birinci mərhələsini icra etməyə başlayır”, – açıqlamada deyilir.

Rəsmi Tel-Əviv qeyd edib ki, proses Tramp administrasiyası və ABŞ Prezidenti ilə əməkdaşlıq çərçivəsində davam etdiriləcək, eləcə də münaqişənin həlli İsrailin müəyyən etdiyi prinsiplərə uyğun şəkildə aparılacaq.
Bununla yanaşı, HƏMAS Siyasi Bürosunun rəhbər müavini Musa Əbu Mərzuk bildirib ki, Trampın planında nəzərdə tutulan girovların 72 saat ərzində azad olunması real deyil. Onun sözlərinə görə, planın həyata keçirilməsi üçün əlavə izah və dəqiqləşmələrə ehtiyac var.

Seçilən
58
30
teleqraf.com

10Mənbələr