AZ

III MDB Oyunlarını milli komandamız 6 medalla başa vurdu (FOTO)

Bakı. Trend:

1–3 oktyabr tarixlərində Şəki Olimpiya İdman Kompleksində IIIMDB Oyunları çərçivəsində batut gimnastikası üzrə yarışlarkeçirilib.

Trend xəbər verirki, bu mötəbər turnirdə Azərbaycan, Qazaxıstan, Özbəkistan,Türkiyə, Tacikistan, Rusiya və Belarus olmaqla, ümumilikdə 7ölkədən 43 gimnast mübarizə aparıb. Yarışlar fərdi, sinxron vəkomanda proqramlarında təşkil olunub.

Azərbaycanı qadın gimnastlar arasında Almaniyada dünya rekordunuyeniləmiş Selcan Mahsudova, eləcə də Şəfiqə Hümbətova və VəfaƏlisultanova; kişilər arasında isə Nicat Mirzəyev, Hüseyn Abbasov,Maqsud Mahsudov və Mehdi Əliyev təmsil ediblər.

Təsnifat mərhələsinin nəticələrinə əsasən, ölkəmiz 6 proqramüzrə finala vəsiqə qazanıb: kişilər və qadınların fərdiproqramında, kişilərin komanda yarışında, kişi və qadın cütlüklərinsinxron çıxışında, həmçinin qarışıq sinxron proqramda.

Finallarda gimnastlarımız uğurlu nəticələrlə bizi sevindirib.Belə ki, kişilər arasında komanda hesabında gimnastlarımız gümüşmedal əldə ediblər. Kişilər arasında fərdi proqramda millikomandamızın üzvü Maqsud Mahsudov qızıl medal, qadınlar arasındaSelcan Mahsudova bürünc medalın sahibi olub.

Qadınlar arasında sinxron proqramda Selcan Mahsudova və ŞəfiqəHümbətova bürünc, kişilər arasında sinxron proqramda MaqsudMahsudov və Hüseyn Abbasov bürünc medal, qarışıq cütlükdə SelcanMahsudova və Maqsud Mahsudov gümüş medala layiq görülüblər.

Mükafatlandırma mərasimində gənclər və idman naziri FəridQayıbov və Azərbaycan Gimnastika Federasiyasının baş katibi FatiməŞəfizadə iştirak ediblər.

Üç gün davam edən bu mötəbər yarış gimnastlarımızın ölkəmizəümumilikdə 6 medal qazandırması ilə yadda qalıb.

III
III
III
III
III
III
III
III
III
III
III
III
III
III
III
III
Seçilən
23
2
az.trend.az

3Mənbələr