AZ

Gürcüstanda yerli seçkilər başlayıb

Bu gün Gürcüstanda yerli seçkilər keçirilir. Səhər saat 08:00-da ölkə üzrə bütün seçki məntəqələri səsvermə üçün açılıb.

Trend xəbər verir ki, məlumatı Gürcüstan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Giorgi Kaladarişvili açıqlayıb. Onun sözlərinə görə, seçicilər 64 bələdiyyə şurasının 2058 üzvünü və 64 merini müəyyən edəcəklər.

Ümumilikdə ölkə üzrə 3061 seçki məntəqəsi fəaliyyət göstərir. Onlardan 2284-ü elektron, 777-si isə ənənəvi formada təşkil olunub.

Seçici siyahısına 3 milyon 513 min 818 vətəndaş daxil edilib.

Seçki prosesini 28 beynəlxalq və 27 yerli təşkilatdan olan müşahidəçilər, həmçinin 73 media orqanından minə yaxın jurnalist izləyir.

Səsvermə saat 20:00-da başa çatacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
19
8
olaylar.az

10Mənbələr