AZ

MPL: “Qarabağ” “Kəpəz”ə, “Sumqayıt” “Turan Tovuz”a qarşı

Misli Premyer Liqasında 7-ci tur davam edir. 

“İki sahil” xəbər verir ki, ikinci oyun günündə daha 2 matç keçiriləcək. 

Əvvəlcə son çempion “Qarabağ” “Kəpəz”i qəbul edəcək. Bir oyun az keçirən Ağdam klubu hazırda 10 xalla beşinci pillədə qərarlaşıb. İlk 6 turda xalsız qalan Gəncə təmsilçisi isə sonuncudur. 

“Kəpəz”i bugünkü matça baş məşqçi kimi yenidən komandaya qayıdan Azər Bağırov çıxaracaq. 

Digər qarşılaşmada isə “Sumqayıt” doğma divarlar arasında “Turan Tovuz”u sınağa çəkəcək. Hazırda Tovuz klubu 12 xalla turnir cədvəlində 3-cü, bir xal az toplayan “Sumqayıt” isə 4-cü pillədə qərarlaşıb.

Misli Premyer Liqası,

7-ci tur

4 oktyabr

17:00. “Qarabağ” - “Kəpəz”
Hakimlər: Nicat İsmayıllı, Rahil Ramazanov, Kərim Zeynalov, Vüqar Həsənli
VAR: Əli Əliyev
AVAR: Rəşad Əhmədov
“Azersun Arena”

19:30. “Sumqayıt” - “Turan Tovuz”
Hakimlər: 
Fərid Hacıyev, Rəhman İmami, Şirmamed Mamedov, Əkbər Əhmədov
VAR: Rəvan Həmzəzadə
AVAR: Akif Əmirəli
M.H. adına Sumqayıt şəhər stadionu

3 oktyabr

“Zirə” - “Neftçi” - 2:2 

“Araz-Naxçıvan” - “İmişli” - 2:0 

5 oktyabr

15:00. “Karvan-Yevlax” - “Sabah”

17:30. “Qəbələ” - “Şamaxı”

Seçilən
41
11
ikisahil.az

10Mənbələr