AZ

Qonşu ölkədə seçkilər keçirilir

 Ajans.az xəbər verir ki, saat 08:00-dan etibarən ölkə üzrə 3 061 seçki məntəqəsində səsvermə prosesi başlayıb. 12 siyasi partiyanın iştirak etdiyi seçkilərdə növbəti dörd il üçün Tiflis də daxil olmaqla, 64 şəhər və rayon üzrə mer və 2 085 bələdiyyə üzvü seçiləcək. Məntəqələrin 2 284-də səsvermə elektron, 777-sində isə ənənəvi qaydada keçiriləcək. Seçicilərin ümumi sayı 3 513 818 nəfər təşkil edir ki, onların 3 130 348 nəfəri elektron avadanlıqlardan istifadə etməklə səs verəcək. Prosesi 28 beynəlxalq, 27 yerli müşahidə təşkilatı izləyəcək, 73 yerli və xarici KİV-i təmsil edən minə yaxın nümayəndə işıqlandıracaq. Seçki məntəqələri saat 20:00-da bağlanacaq və səslərin hesablanmasına başlanılacaq. İlkin nəticələrin səsvermənin başa çatmasından bir neçə saat sonra açıqlanacağı gözlənilir.

Qeyd edək ki, Gürcüstanda yerli özünüidarəetmə orqanlarına son seçkilər 2021-ci ilin oktyabrın 2-də baş tutub. Seçkilərdə hakim “Gürcü Arzusu” partiyası 46,69% səslə qalib gəlib. Oktyabrın 30-da Tbilisi də daxil olmaqla 5 iri şəhərdə və 15 bələdiyyədə ikinci tur keçirilib.

Seçilən
10
10
Ajans.az

10Mənbələr