AZ

Gürcüstanda yerli özünüidarəetmə orqanlarına seçkilər keçirilir

Bu gün Gürcüstanda yerli özünüidarəetmə orqanlarına seçkilər keçirilir. 

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, səhər saat 8-də ölkə üzrə bütün seçki məntəqələri səsvermə üçün açılıb.

 

Yeri gəlmişkən, ölkə üzrə 3061 seçki məntəqəsi açılıb, onlardan 2284-ündə seçkilər elektron, 777-sində isə ənənəvi qaydada keçirilir.

 

Seçicilərin ümumi sayı 3 milyon 513 min 818 nəfərdir.

 

Onlar 64 bələdiyyə Şurasının 2058 üzvünü və 64 merini seçəcəklər.

 

Seçki prosesini 28 beynəlxalq və 27 yerli təşkilatdan olan müşahidəçilər, eləcə də 73 media orqanının minə yaxın nümayəndəsi izləyir.

 

Səsvermə saat 20:00-da başa çatacaq.

Seçilən
26
5
senzor.az

10Mənbələr