AZ

Bakıda qəza zamanı 3 nəfərin ölməsi xəbəri yanlışdır – RƏSMİ

Bakıda yol qəzasında üç nəfərin ölməsi, 7 nəfərin xəsarət alması ilə bağlı yayılan məlumatlar yanlışdır.

Tribunainfo.az  xəbər verir ki, bu barədə məlumatı Daxili İşlər Nazirliyinin mətbuat xidməti yayıb.

Bildirilib ki, əslində bu gün saat 21:30 radələrində paytaxtın Səbail rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Belə ki, “Hyundai” markalı, 77-UM-421 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə “Opel” markalı 50-EE-287 dövlət qeydiyyat nişanlı avtomobil toqquşub.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
15
18
tribunainfo.az

10Mənbələr