AZ

Narkotik alverçiləri ABŞ, Avropa və Dubayda yaşayırlar – Kolumbiya prezidenti

Kolumbiya prezidenti Qustavo Petro beynəlxalq narkotik ticarəti ilə mübarizə çərçivəsində ABŞ-ın Karib dənizində gəmilərə endirdiyi zərbələrə kəskin etiraz bildirib.

Musavat.com xəbər verir ki, o, Kolumbiyanın Caracol radiostansiyasının Karib dənizindəki gəmilərə hücumları əks etdirən videoçarxı şərh edərkən X səhifəsində ABŞ-ın özünü, eləcə də Avropa ölkələrini narkotik ticarəti ocaqları adlandırıb:

"Narkoterrorçular qayıqlarda üzmürlər. Narkotik alverçiləri ABŞ, Avropa və Dubayda yaşayırlar".

Petronun sözlərinə görə, ABŞ ordusunun hərəkətləri qeyri-mütənasibdir: "Bu qayıq bəzi Karib ölkələrindən olan gəncləri, yoxsul insanları daşıyır. Kolumbiyanın etdiyi kimi, gəmiləri tutmaqla qarşısını ala biləcəyi hallarda raketlərlə hücum etmək, mütənasibliyin ümumi hüquqi prinsipini pozur".

Musavat.com

Seçilən
28
1
musavat.com

10Mənbələr