AZ

“Qarabağ” “Kəpəz”ə, “Sumqayıt” “Turan Tovuz”a qarşı

Misli Premyer Liqasında 7-ci tur davam edir. 

İdmanxeber.az xəbər verir ki, ikinci oyun günündə daha 2 matç keçiriləcək. 

Əvvəlcə son çempion “Qarabağ” “Kəpəz”i qəbul edəcək. Bir oyun az keçirən Ağdam klubu hazırda 10 xalla beşinci pillədə qərarlaşıb. İlk 6 turda xalsız qalan Gəncə təmsilçisi isə sonuncudur. 

Digər qarşılaşmada isə “Sumqayıt” doğma divarlar arasında “Turan Tovuz”u sınağa çəkəcək. Hazırda Tovuz klubu 12 xalla turnir cədvəlində 3-cü, bir xal az toplayan “Sumqayıt” isə 4-cü pillədə qərarlaşıb.  

4 oktyabr

17:00. “Qarabağ” – “Kəpəz”
Hakimlər:
 Nicat İsmayıllı, Rahil Ramazanov, Kərim Zeynalov, Vüqar Həsənli

VAR: Əli Əliyev
AVAR: Rəşad Əhmədov
“Azersun Arena”

19:30. “Sumqayıt” – “Turan Tovuz”
Hakimlər:
 Fərid Hacıyev, Rəhman İmami, Şirmamed Mamedov, Əkbər Əhmədov

VAR: Rəvan Həmzəzadə
AVAR: Akif Əmirəli
M.H. adına Sumqayıt şəhər stadionu

Seçilən
39
3
idmanxeber.az

4Mənbələr