AZ

Yaponiyanın hakim partiyasının lideri qadın olub

Yaponiyanın keçmiş daxili işlər naziri Sanae Takaiçi hakim Liberal Demokrat Partiyasının (LDP) lideri seçilib.

News365.az bu barədə xarici mətbuata istinadla xəbər verir.

Məlumata görə, Takaiçi 341 səsdən 185 səs toplayıb. 

Şiqeru İşibanın tezliklə gözlənilən istefasından sonra onun Yaponiyanın növbəti baş naziri olacağı güman edilir.

64 yaşlı Takaiçi ölkə liderliyi uğrunda yarışda qalib gəlsə, Yaponiyanın ilk qadın baş naziri olacaq.

Seçilən
17
1
news365.az

2Mənbələr