AZ

Alzheimerin müalicəsində yeni üsul kəşf olundu

Alzheimer xəstəliyinin müalicəsində yeni üsul kəşf olunub...

Milli.Az xəbər verir ki, Zürix Universiteti və Nyu-York Universitetinin alimləri beynin müxtəlif sahələrini eyni anda yüksək dəqiqliklə stimullaşdırmağa imkan verən yeni ultrasəs texnologiyası təqdim ediblər.

Tədqiqat Nature Biomedical Engineering jurnalında dərc olunub.

İndiyədək ultrasəs neyromodulyasiyası yalnız bir nöqtəyə yönəldilirdi və bu da həm təsir baxımından məhdudiyyətlər, həm də yan təsirlər yaradırdı. Yeni qurğu isə yüzlərlə xırda yayıcı vasitəsilə hologram işığına bənzər dalğalar yaradaraq beyində bir neçə fokus nöqtəsini aktivləşdirir.

Layihəyə rəhbərlik edən professor Daniel Razanskinin sözlərinə görə eyni anda çoxsaylı sahələrin stimullaşdırılması ultrasəsin daha zəif intensivliklə istifadəsinə imkan verir ki, bu da üsulu təhlükəsiz edir. Əvvəllər zəif stimullaşdırma effekt vermirdi, güclü stimullaşdırma isə bütün beyni təsirləndirərək toxumalara ziyan vururdu.

Metod siçanlar üzərində sınanıb və kəllə sümüyündən keçirilməklə qeyri-invaziv stimullaşdırma aparılıb. Alimlər təsirin yalnız lokal istiliklə deyil, həm də neyronların ion kanallarının mexaniki stimullaşdırılması ilə əlaqəli ola biləcəyini ehtimal edirlər.

Hələlik əsas elmi-tədqiqat mərhələsində olan bu üsul gələcəkdə Alzheimer xəstəliyi, epilepsiya, tremor, Parkinson və depressiya kimi xəstəliklərin müalicəsində tətbiq oluna bilər.

Poliqon.info

Seçilən
2
2
poliqon.info

10Mənbələr