AZ

Zirə dəniz limanında STS kranın açılış mərasimi baş tutub

Zirə dəniz limanında STS kranın açılış mərasimi baş tutub.

Tədbirin açılış mərasimində ilk olaraq vətənimizin azadlığı və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Zirə portunda həyata keçirilmiş maksimum yük daşıma qabiliyyəti 90 ton olan STS (Ship-to-Shore) sahil kranının elektrik və avtomatika layihəsi, müasir liman infrastrukturunun inkişafı üçün mühüm bir addımdır. Bu layihə, həm liman əməliyyatlarının səmərəliliyini artırmaq, həm də təhlükəsizliyi ən yüksək səviyyədə təmin etmək üçün nəzərdə tutulmuşdur.

Dəniz sənaye kompleksinin qurucusu Musabəy Süleymanov çıxış edərək, tədbiri rəsmi şəkildə açıq elan edib.

Tədbirdə STS kranının ərsəyə gəlməsində rolu olan şəxslər, deputatlar və ictimaiyyət nümayənləri iştirak ediblər.

Daha sonra STS portal kranının lentkəsmə mərasimi keçirilib.

Seçilən
32
1
aznews.az

5Mənbələr